Rəsul məhkəməyə üz tutdu - Rədd cavabı aldı

16:33 - 27 Dekabr 2025

Rəsul məhkəməyə üz tutdu - Rədd cavabı aldı

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı məhkum edilən Rəsul Rəsulov məhkəməyə müraciət edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, klubun administratoru olmuş Rəsul vaxtından əvvəl şərti azad olmaq istəyir.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum 5 illik həbs müddətinin yarıdan çoxunu çəkdiyini əsas gətirərək qalan 1 il 2 ayından azad edilməsini xahiş edib.

Məhkəmə ərizəni rədd edib. R.Rəsulovun eyni yerdə cəza çəkməsinin davamına qərar verilib.

Qeyd edək ki, klubdakı partlayış 2022-ci ilin aprelində baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, içlərində xarici vətəndaş da olmaqla 34 nəfər, o cümlədən həmin vaxt klubda olan bloqer Aysel Şükür də xəsarət almışdı.

Məhkəmənin hökmü ilə klubun administratoru Rəsul Rəsulov 5 il, menecer Orxan Səfərli isə 4 il azadlıqdan məhrum edilib. Bir neçə gün əvvəl Orxan vaxtından 2 ay əvvəl şərti olaraq azad edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az