“Kontakt” mağazalar şəbəkəsi müştərilərinə tarixinin ən böyük pul mükafatını – 100 000 AZN-dək uduş imkanı təqdim edir. Hər kəsi sevindirməyi hədəfləyən “Kontakt” oyunun qaydalarını müştərilərin xeyrinə dəyişdi. İndi atmaq istədiyiniz qoşanı özünüz seçirsiniz və böyük mükafata aparan yolu özünüz müəyyənləşdirirsiniz.
İllərdir minlərlə müştərisini
avtomobillərlə, uduşlarla sevindirən “Kontakt” bu dəfə “Şeş-Qoşa” kampaniyasını
daha azad, daha iddialı və çox sadə formatda təqdim edir. “Qoşa seç, 100 000
AZN-dək apar” sloqanı ilə start götürən bu kampaniyada uduş imkanı maksimum
olmaqla yanaşı, şərtlər də maksimum dərəcədə sadədir.
Belə ki, əvvəlki illərdə
uduş yalnız şeş zərlərin atılması ilə mümkün idisə, yeni formatda seçim
üstünlüyü tam şəkildə müştəriyə verilir. Artıq hər bir iştirakçı öz uğurlu
qoşasını özü müəyyənləşdirir və məhz bu seçim onu böyük uduşa aparan əsas amilə
çevrilir. Beləliklə, “Şeş-Qoşa” kampaniyası bu dəfə şansdan daha çox seçim
azadlığını və müştəri iştirakını ön plana çıxarır.
Kampaniyada iştirak etmək və
100 000 AZN-dək uduşa aparan yol isə cəmi bir neçə sadə addımdan ibarətdir:
·
Əvvəlcə, “Kontakt”
mağazalarından minimum 300 AZN dəyərində istər nağd, istərsə də, hissəli
alış-veriş edən hər kəs seçdiyi qoşanı atmaq şansı qazanır və bundan sonra müştəri
öz uğurlu qoşasını seçir.
·
Seçilmiş qoşa birinci
atışda düşərsə, müştəri heç bir əlavə şərt olmadan məhsulun dəyərinin 10%-ni
dərhal geri alır.
·
Əgər eyni qoşa ikinci
cəhddə də təkrar olunarsa, iştirakçı aldığı məhsulun 100%-lik dəyərini
geri alır və əsas mükafat üçün böyük final mərhələsinə vəsiqə qazanır.
Üstəlik, növbəti atışın uğurlu olub-olmamasından asılı olmayaraq, əvvəlki
uduşlar toxunulmaz qalır.
·
Böyük finalda
isə qayda yenə eynidir: iştirakçı final üçün yeni bir qoşa seçimi səsləndirir və
elə oradaca seçdiyi qoşanı atarsa, “Kontakt”ın indiyədək təqdim etdiyi ən
böyük mükafatı 100 000 AZN-dək pul uduşunu qazanır.
“Qoşa seç, 100 000 AZN-dək
apar” kampaniyası artıq bütün “Kontakt” mağazalarında aktivdir. Odur ki,
seçimin öz əlinizdə olduğu bu kampaniya ilə həm xəyallarınıza, həm də 100 000
AZN-ə gedən yolun qapısını açın.
Ətraflı məlumat üçün kontakt.az saytına daxil ola və ya *6060 Çağrı Mərkəzinə zəng
edə bilərsiniz.