Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.
Mikayıl Cəfərov 2006-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olub.
O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı, 2019-cu ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.