Yaponiyada güclü zəlzələ oldu

19:42 - 26 Mart 2026

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın şimal-şərqində 6,5 maqnitudalı zəlzələ baş verib.


Manset.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:18-də (Bakı vaxtı ilə 18:18-də) Morioka şəhərindən (İvate prefekturası, Honşu adası) 173 km şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib. Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Sunami təhlükəsi elan edilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az