Ermənistanın Vardenis rayonunda ehtiyatda olan üç hərbçi bıçaqlanıb.
Manset.az-ın Report-a istinadən məlumatına görə, Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, xəsarət alan hərbçilərin həyatı üçün təhlükə yoxdur.
"Onlar hospitalın tibbi heyətinin nəzarəti altındadırlar. Hadisənin səbəblərini tam müəyyənləşdirmək üçün araşdırma başladılıb", - müdafiə qurumundan məlumat verilib.