Azərbaycanın tanınmış telejurnalisti vəfat etdi - FOTO

08:57 - 02 Yanvar 2026

Azərbaycanın tanınmış telejurnalisti vəfat etdi - FOTO

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə onun dostları məlumat yayıblar.

O, ağır xəstəlikdən əziyyət çəkirmiş.

Əkbərova Nailə 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.

2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.

Allah rəhmət etsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az