Yeni il günü eyvandan yıxıldı - Xəstəxanada öldü 

11:42 - 02 Yanvar 2026

Yeni il günü eyvandan yıxıldı - Xəstəxanada öldü 

Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Manset.az xəbər verir ki, Çayarxı kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yanvarın 1-nə keçən gecə yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib. Tibbi yardıma baxmayaraq o, bir gün sonra xəstəxanada vəfat edib.

Bildirilib ki, həmin gün S.Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək 2-ci mərtəbənin eyvanından yıxılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az