Naxçıvanda qarın hündürlüyü 43 sm oldu

12:10 - 02 Yanvar 2026

Naxçıvanda qarın hündürlüyü 43 sm oldu

Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində zəif qar yağışı müşahidə edilib.


Manset.az xəbər verir ki, Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.

Sədərək rayonu ərazisində qar örtüyünün hündürlüyü 6 sm, Axura kəndində 9 sm, Şahbuz rayonunda isə 5 sm təşkil edir. Kükü ərazisində qar örtüyünün hündürlüyü 37 sm, Biçənəkdə 43 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 16 sm ölçülüb. Parağaçay Qar Uçqunu Stansiyası ərazisində dağlıq sahələrdə dumanlı hava şəraiti müşahidə olunmur.

Bəzi ərazilərdə qar yağışı fasilələrlə davam edir, Kükü kəndində isə hazırda yağıntı dayanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az