Bakıda qanunsuz saxlanılan silah-sursat aşkarlandı - BİRGƏ ƏMƏLİYYAT

12:59 - 02 Yanvar 2026

Bakıda qanunsuz saxlanılan silah-sursat aşkarlandı - BİRGƏ ƏMƏLİYYAT

Bakıda məhkumun həbs edilməmişdən əvvəl gizlətdiyi avtomat aşkarlanıb.


Bu barədə Manset.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilən nömrəsi silinmiş "Kalaşnikov" markalı avtomat, ona məxsus daraq, eləcə də 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az