Qarlı hava ilə əlaqədar polis gücləndirilmiş rejimdə işləyir - VİDEO

13:17 - 02 Yanvar 2026

Qarlı hava ilə əlaqədar polis gücləndirilmiş rejimdə işləyir - VİDEO

Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub. 


DİN-in Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, qum və duz səpilir. 

Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az