Baş prokuror Kamran Əliyev bu gün Bakı şəhəri Pirallahı rayon prokurorluğunun inzibati binasında Pirallahı, Xəzər rayonları və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Manset.az xəbər verir ki, Baş prokuror 15 nəfəri qəbul edib.
Vətəndaşların müraciətləri konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərdən ibarət olub.
Kamran Əliyev müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verib.

