Təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir - VİDEO

10:42 - 12 Yanvar 2026

Təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir - VİDEO

Özü və başqalarının həyatına real təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir keçirilib.


Bu barədə Manset.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər. 

Profilaktik tədbirlərlə yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyada müəyyən olunub və onunla maarifləndirici söhbətlər aparılıb. 

Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az