Şamaxıdakı zəlzələ Bakıda ola bilər? - Qurban Yetirmişli AÇIQLADI 

12:54 - 12 Yanvar 2026

Şamaxıdakı zəlzələ Bakıda ola bilər? - Qurban Yetirmişli AÇIQLADI 

Şamaxıda qeydə alınan zəlzələlər əhali arasında narahatlıq yaradıb. Belə ki, ayın 10-da baş verən 3,8 bal gücündə zəlzələ hiss edilsə də, dağıntı qeydə alınmayıb. Bu gün isə 3 bal gücündə növbəti zəlzələ baş verib, lakin yeraltı təkan hiss olunmayıb. Vətəndaşlar Bakıda və ətraf bölgələrdə təkanların ola biləcəyindən narahtdırlar. Bəs bu tip ardıcıl zəlzələlər daha güclü yeraltı təkanların xəbərçisi sayıla bilərmi? 


Manset.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, hazırkı vəziyyət narahatlıq doğurmur:

"Azərbaycanda hər gün müxtəlif sayda yeraltı təkanlar qeydə alınır. Bu təkanların bəziləri hiss olunsa da, ümumiyyətlə qorxuya əsas yoxdur. Dünən axşamdan bu gün səhər saat 9-a qədər 32 yeraltı təkan baş verib. Onların heç biri hiss olunmayıb. Yaxın günlər üçün də güclü, dağıdıcı zəlzələ ehtimalı gözlənilmir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az