Mübahisələr məhkəmədən kənar həll oluna bilərmi? - VİDEO 

13:48 - 13 Yanvar 2026

Mübahisələr məhkəmədən kənar həll oluna bilərmi? - VİDEO 

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına təqdim olunub. 


Budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun müdiri, təcrübəli vəkil İsmayıl Kəngərli olub. 

O, müsahibə zamanı uzun illər ərzində vəkillik fəaliyyəti dövründə qarşılaşdığı maraqlı və yaddaqalan hadisələrdən, peşənin tələb etdiyi yüksək məsuliyyət və üzləşilən çətinliklərdən ətraflı bəhs edib.

Layihə qısa, dinamik və maarifləndirici formatı ilə seçilir. Veriliş zamanı qonağa hüquq sahəsində aktual məsələlər, peşəkar yanaşmalar və şəxsi baxışları əhatə edən 7 əsas sual ünvanlanır. Hər suala 1 dəqiqəlik cavab limiti müəyyən edilməsi proqramı daha yığcam, informativ və izləyicilər üçün cəlbedici edir. Bu format hüquqşünasların fikirlərini konkret və dolğun şəkildə ifadə etməsinə, tamaşaçıların isə əsas məqamlara fokuslanmasına imkan yaradır.

İsmayıl Kəngərli müsahibəsində qeyd edib ki, intellektual olmaq hər bir peşə sahibi üçün üstünlükdür, lakin vəkil üçün əsas meyar peşə biliklərinin dərinliyi və praktiki bacarıqlardır. Onun sözlərinə görə, vəkil öz sahəsini mükəmməl bilməli və hər bir işə peşəkar yanaşmalıdır. Qonaq eyni zamanda mübahisələrin məhkəmədənkənar həlli mexanizmlərinin effektivliyi məsələsinə də toxunaraq bu yanaşmanın bir sıra hallarda daha səmərəli nəticə verə biləcəyini vurğulayıb.

Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi hüquqşünasların şəxsi təcrübəsini, peşəyə baxışlarını və hüquqi mövqelərini ictimaiyyətə çatdırmaqla yanaşı, hüquqi maarifləndirmə missiyasını da həyata keçirir. Layihə cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına töhfə verməyi, gənc hüquqşünaslarda motivasiyanı artırmağı və hüquqa marağı gücləndirməyi hədəfləyir.

Daha ətraflı videoda:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az