Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi

16:11 - 13 Yanvar 2026

Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, general Kazımov son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Qeyd edək ki, Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az