Azərbaycanın ilk rəqəmsal bankı Birbank Mərkəzi
Bankın “Açıq bankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texniki
platformasına inteqrasiyasını tamamilə yekunlaşdırıb. Bununla da ölkənin
maliyyə bazarında ilk dəfə olaraq tətbiq edilən bu funksionallıq Birbank mobil
tətbiqində aktivləşdirilib.
Artıq Birbanklılar “Açıq bankçılıq”
platformasına qoşulan digər banklardakı hesablarını da öz mobil tətbiqlərindən
rahatlıqla görə bilərlər. Bununla da Birbank müştəriləri bütün maliyyə
əməliyyatlarını bir mərkəzdən izləmək imkanı, eləcə də rahat və asan nəzarət
mexanizmi qazanmış olurlar.
Bunun üçün aşağıdakı təlimatları izləmək
yetərlidir:
•
Birbank mobil tətbqinə daxil olun;
•
“Açıq bankçılıq” hissəsinə klik edin;
•
“Digər bankın hesabını əlavə et”i seçin;
•
Açılan siyahıdan istədiyiniz bankı seçin və
əlavə edin;
Daha sonra 90 günədək edilən əməliyatlarla bağlı
bütün məlumatlar Birbank tətbiqində rahatlıqla görünəcək. Qeyd edək ki, depozit
və kredit məlumatları, həmçinin köçürmə, ödəniş və digər əməliyyatların icrası
nəzərdə tutulmur. Müştərilər istədikləri vaxt əlavə etdikləri bank kartlarını
silə və verdikləri icazələri ləğv edə bilərlər.
Tətbiqi
yükləmək üçün: http://www.b-b.az/bbha
Daim ən son rəqəmsal yeniliklər və bank
məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan
çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank
2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə
xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə
institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə
bilərsiniz.