Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinə direktor köməkçisi təyin edilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, müvafiq vəzifəyə Rüfət Qarazadə təyin olunub.
Qeyd edək ki, Rüfət Qarazadə hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini vəzifəsini icra edir.
***
Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib.
Bu vəzifəyə Səbinə Bağırova təyin olunub.
Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.