Ölkənin birinci bankı Kapital Bank 2025-ci il üçün maliyyyə hesabatını təqdim edib. 31 dekabr 2025-ci ilə aid hesabata görə bankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1 milyard 881 milyon 674 min manata çatıb.
Bu nəticə ilə bank maliyyə bazarında rəqiblərini geridə qoyaraq banklar arasında lider mövqeyini qoruyub. Eyni zamanda son 3 ilin ən yüksək artım tempinə nail olub. Qeyd edək ki, ötən il bu göstərici 1 milyard 474 milyon 908 min manat olub. Məcmu gəlirlərin artması həm faiz, həm də qeyri-faiz gəlirlərindəki yüksəlişlə bağlıdır. Belə ki, 2025-ci ildə bankın faiz gəlirləri 38,8% artım nümayiş etdirərək 1 milyard 180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850 milyon 258 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində isə 12,3% artım müşahidə olunub: 2024-cü ildə 624 milyon 651 min manat həcmində olan bu göstərici 2025-ci ildə 701 milyon 592 min manata yüksəlib.
Bankın xalis
mənfəətində isə son 3 ilin ən yüksək
nəticəsi qeydə alınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə
ölkənin birinci bankı 315 milyon
manat xalis mənfəət əldə edib. Bu,
bankın 2024-cü ildə qazandığı 186 milyon
501 min manat xalis mənfəətdən 68,9%
daha çoxdur.
Bankın kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 min manata çatıb.
Bu göstərici 2024-cü ildə 5 milyard 211 milyon 207 min manat təşkil edib.
Artıma daha çox istehlak və biznes kreditləri səbəb olsa da, göstəricinin əsas
hissəsi istehlak kreditlərinin payına düşüb.
Ötən il cəmi
depozit portfeli 8 milyard 288 milyon
654 min manat təşkil edib. 2024-cü illə müqayisədə bankın depozit
portfelində 7,7% azalma müşahidə olunub. 2025-ci ildə hüquqi şəxslərin
depozitləri 5 milyard 151 milyon 830 min manat təşkil etdiyi halda, fiziki
şəxslərin depozitləri 20,9% artaraq 3 milyard 136 milyon 823 min manata
çatıb.
2025-ci ilə
bankın kapitalı da 27% artıb.
2024-cü ildə bu göstərici 927 milyon 943 min manat təşkil etdiyi halda, ötən il
1 milyard 178 milyon 338 min manata
çatıb. Qeyd edək ki, bankın kapitalı sistem əhəmiyyətli banklar üçün tələb
olunan minimum 12,5%-lik normanı üstələyərək 14,14% təşkil edib.
2025-ci ilə
ölkənin birinci bankının I dərəcəli
kapitalının adekvatlıq əmsalı da yüksələrək 9,86% təşkil edib. Bu isə bankın nüfuzunu artıran və maliyyə
dayanıqlılığını təmin edən əhəmiyyətli faktordur. Bu, bankın güclü maliyyə
dayanıqlılığını təmin etməklə yanaşı, risklərin idarə edilməsi istiqamətində
bütün müştərilər üçün mükəmməl resurslara sahib olduğunun göstəricisidir.