“Reallıq acı olsa da, həqiqət dəyişmir və klassik qəzetçilik
səssizcə səhnəni tərk edir”.
Manset.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist
Alçina Amilqızı bildirib. O, qeyd edib ki, əsası 1877-ci ildə Stilson Hutchins
tərəfindən çap olunan dünyanın ən qocaman qəzeti müasir dövrün tələbləri ilə
ayaqlaşa bilməyib:
“"The Washington Post" (WP) qəzetinin baş
direktoru Uilyam Lus redaksiyadakı kütləvi ixtisarlar fonunda istefa verib.
“The Washington Post” kimi bir media nəhənginin bu gün gəlib
çıxdığı vəziyyət təkcə bir qəzetin taleyi deyil, bütövlükdə klassik mətbuat
dövrünün sonunun simvoludur.
Qəzetin baş icraçı direktoru Uill Lyuisin istefası zahirən
“idarəçilik qərarı” kimi görünsə də, əslində bu addım illərdir yığılan maliyyə
böhranının və dəyişən media reallıqlarının açıq göstəricisidir.
Redaksiyada çalışanların təxminən 30 faizinin – 300-dən çox
jurnalistin işdən çıxarılmasından cəmi bir neçə gün sonra baş verən istefa, vəziyyətin
nə qədər kritik olduğunu göstərir. Qəzetin gələcək taleyi indi böyük sual
altındadır.
“The Washington Post” uzun illər təkcə ABŞ üçün deyil, dünya
üçün də jurnalistikanın mayakı sayılıb. Qlobal araşdırmalara qədər tarix yazan
bu qəzetin özü indi tarixə çevrilir.
Burada əsas məsələ maliyyə itkisi və ya səhv idarəçilik
deyil. Problem daha dərindir. Qəzet oxuma vərdişi ölür. İnsanlar xəbəri artıq
kağızda deyil, telefonda, sosial şəbəkədə, saniyələr içində istehlak edir. Belə
bir mühitdə ən güclü redaksiyalar belə ayaqda qalmaqda çətinlik çəkir.
Qeyd edim ki, bu proses təkcə ABŞ-da deyil, dünyanın bir çox
ölkəsində, eləcə də Azərbaycanda da baş verir. Qəzetlər ya bağlanır, ya da
“formal” şəkildə fəaliyyət göstərir. Bir vaxtlar gündəlik tirajlarla ölçülən təsir
gücü indi bir “link”lə əvəzlənir.
Bu baxımdan “The Washington Post”un başına gələnlər gələcəyin
xəbərçisidir. Ola bilsin ki, bu qəzet brend olaraq qalacaq, amma klassik mənada,
yəni böyük redaksiyanın, yüzlərlə jurnalistin fəaliyyət göstərdiyi mətbuat
orqanı kimi geri qayıtması çətin görünür.
Jurnalistikanın qızıl dövrünü təmsil etmiş “The Washington Post”un bugünkü taleyi göstərir ki, məsələ təkcə bir nəşrin böhranı deyil, qəzet anlayışı tarixə çevrilir”.
Qeyd edək ki, “"The Washington Post" oxucu sayı azadlığına və çox satılmadığına görə, işçilərin böyük əksəriyyətini ixtisar edib.