Bir neçə gün əvvəl bıçaqlanan 7 yaşlı uşağın VƏZİYYƏTİ

21:17 - 09 Fevral 2026

Bir neçə gün əvvəl bıçaqlanan 7 yaşlı uşağın VƏZİYYƏTİ

Ağcabədidə bir neçə gün əvvəl çoxsaylı bıçaq yarası alan 7 yaşlı uşağın vəziyyəti stabildir.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Azad Hüseynov məlumat verib.

Onun sözlərinə gör, azyaşlı Reanimasiya şöbəsindən çıxarılaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib:

"Fevralın 4-də bədəninin müxtəlif nahiyələrində çoxsaylı kəsilmiş-deşilmiş yara ilə müraciət edən uşağın vəziyyəti stabildir. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir".

Xatırladaq ki, hadisə fevralın 4-də Ağcabədi rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü uşaq çoxsaylı bıçaq yarası alıb. Azyaşlını bıçaqlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az