“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı

16:41 - 11 Fevral 2026

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az