Güclü qar bu rayonlarda ciddi fəsadlar törətdi - FOTO

22:32 - 11 Fevral 2026

Güclü qar bu rayonlarda ciddi fəsadlar törətdi - FOTO

Güclü qar Cəlilabad və Biləsuvar rayonlarında ciddi fəsadlar törədib.


Manset.az Report-a istinadən xəbər verir ki, yağan qarın ağırlığına tab gətirməyən onlarla ağac sınıb. Həmçinin bəzi yerlərdə elektrik və internet xətləri qırılıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması və kommunikasiya xətlərinin bərpası istiqamətində işlər aparılır. Bölgədə qar dayansa da, şaxtalı hava şəraiti davam edir.

Qeyd edək ki, rayon ərazisində qarın hündürlüyü 40, dağlıq ərazilərdə isə 60 santimetri ötüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az