Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür, fasiləsiz xidmət təmin edilir.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ölkəboyu şəhər və rayonlarda, eləcə də avtomobil yollarında xidmət gücləndirilmiş rejimdə təşkil olunub. Həyata keçirilən tədbirlər nəticəsində sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması üçün bütün zəruri tədbirlər görülür.
“Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlara operativ reaksiya verilir, vətəndaşlara lazımi köməkliklər göstərilir. Bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir”, - deyə məlumatda qeyd olunub.