Şəhidin 21 yaşlı qardaşı vəfat etdi - FOTO

19:29 - 12 Fevral 2026

Şəhidin 21 yaşlı qardaşı vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Əli Mehdizadənin kiçik qardaşı Əhməd Mehdizadə vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə jurnalist Kamil Həmzəoğlu məlumat verib.

21 yaşlı Ə.Mehdizadə bu gün Lənkəranda uzunsürən xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Əli Mehdizadə 2020-ci il noyabrın 1-i Şuşa istiqamətində şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif edilib.

Fotoda Əhməd Mehdizadə və anası



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az