Binəqədiyə 66 yaşında yeni baş memar təyin olundu - FOTO

20:52 - 13 Fevral 2026

Binəqədiyə 66 yaşında yeni baş memar təyin olundu - FOTO

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin olunub.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Musayev Şahin Möhtərəm oğlu baş memar vəzifəsinə təyin olunub.

O, eyni zamanda həm Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, həm də şöbənin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri vəzifələrini də icra edəcək.

Xatırladaq ki, Ş.Musayev yeni struktur dəyişikliyindən əvvəl ləğv olunmuş Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) olub. O, II dərəcəli dövlət qulluqçusudur.

Ş.Musayev ötən ilin avqustun 15-də 65 illik yubileyi münasibətilə RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az