Bu bölgələrdə qaz olmayacaq

12:11 - 16 Fevral 2026

Bu bölgələrdə qaz olmayacaq

Sabah İmişli, Saatlı, Sabirabad rayonlarının, həmçinin Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.


Bu barədə Manset.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən diametri 530/377/325 mm-lik "Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəmərində korroziya olan hissələri təmir ediləcək.

Bu məqsədlə saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli və Saatlı rayonları tam olaraq (ümumi 46 071 abonent), Sabirabad rayonunun bir hissəsində (ümumi 26 672 abonent), həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az