Magistratura üzrə ölkə birinciləri AÇIQLANDI 

19:42 - 17 Fevral 2026

Magistratura üzrə ölkə birinciləri AÇIQLANDI 

Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üzrə magistratura pilləsinə qəbul imtahanının nəticələri açıqlanıb.


Manset.az xəbər verir ki, fevralın 15-də keçirilmiş imtahanın nəticələrinə əsasən, ölkə üzrə ən yüksək nəticəni Elvina Əliyeva və Zahid Abdullayev göstəriblər.

Onların hər ikisi imtahandan 91 bal toplayıblar.

Məlumata görə, Elvina Əliyeva ali məktəbə 689.6 balla qəbul olub və Prezident təqaüdünə layiq görülüb. Zahid Abdullayev isə universitetə 671.2 balla daxil olub.

Qeyd edək ki, hər iki tələbə Bakı Ali Neft Məktəbində təhsil alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az