Bu gün bəzi xəbər saytlarımda meyxanaçı Orxan Lökbatanlının vəfat xəbəri yayılıb.
Manset.az Azxəbər.com-a istinadən xəbər verir ki, meyxanaçının köməkçisi yayılan xəbərin yalan olduğunu deyib:
"Bu xəbər həqiqətəuyğun deyil”.
Qeyd edək ki, meyxanaçı bir neçə gün öncə əməliyyat olunub, hazırda vəziyyəti yaxşıdır.
***
Orxan Lökbatanlının prodüseri neyxanaçının vəfat etməsi ilə bağlı iddiaları təkzib edib.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, o meyxanaçının səhhətinin vəziyyətinin ağır olduğunu bildirib.
***
Meyxanaçı Orxan Lökbatanlı vəfat edib.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.
Vəfat səbəbi olaraq boğazında şiş olması göstərilir.
Qeyd edək ki, Orxan Lökbatanlı xəstəxanaya yerləşdirilmişdi.