Nizami rayonunda növbəti məhəllə abadlaşdırılaraq istifadəyə verildi - FOTOLAR

09:55 - 20 Fevral 2026

Nizami rayonunda növbəti məhəllə abadlaşdırılaraq istifadəyə verildi - FOTOLAR

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Nizami rayonu ərazisində həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işləri çərçivəsində məhəllələrin kompleks şəkildə yenilənməsi istiqamətində işlər davam etdirilir.


Manset.az xəbər verir ki, görülən işlər çərçivəsində növbəti ünvanda, Qara Qarayev prospekti 104 və 106 nömrəli yaşayış binalarını əhatə edən məhəllədə abadlıq və yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir.

Belə ki, məhəlləyə yeni asfalt örtüyü salınmış, səki daşları yenilənmiş və ətrafdakı binaların fasad örtükləri təmir edilmiş, uşaqlar üçün müasir oyun elementləri quraşdırılmış, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman qurğuları yerləşdirilmiş, ərazidə müasir işıq dirəkləri quraşdırılmış və söhbətgahlar, oturacaqlar qoyulmuşdur.

Ərazidə mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq olunmuş və əlavə olaraq  yeni ağaclar əkilmişdir. Sakinlərin avtomobillərinin nizamlı parklanmasını təmin etmək məqsədilə xüsusi parklanma yerləri yaradılmışdır.

Sakinlər həyata keçirilən abadlıq və yenidənqurma işlərini böyük rəğbətlə qarşılayaraq göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident Cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az