Baş Prokurorluqda media nümayəndələri üçün “Açıq qapı günü” keçirilib - FOTOLAR

17:59 - 20 Fevral 2026

Baş Prokurorluqda media nümayəndələri üçün “Açıq qapı günü” keçirilib - FOTOLAR

Prokurorluq orqanlarının media ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də hüquq-mühafizə sistemində həyata keçirilən sistemli islahatların nümayiş etdirilməsi məqsədilə Baş Prokurorluğun İnzibati binalar kompleksində qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı günü” təşkil olunub.


Manset.az xəbər verir ki, tədbirdə iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksi ilə yaxından tanış edilmiş, prokurorluq orqanlarının gündəlik fəaliyyəti, iş prosesinin təşkili, müasir texniki imkanlar və xidmət infrastrukturu barədə ətraflı məlumatlandırılıb.

“Açıq qapı günü” çərçivəsində iştirakçılara Kriminalistika laboratoriyası, Baş Prokurorluğun kitabxanası, istintaq və dindirmə otaqları, eləcə də digər müvafiq auditoriyalar təqdim olunub, bu sahələrdə yaradılmış şərait nümayiş etdirilib.

Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az