"Turan Tovuz" "Zirə"yə qalib gəldi 

18:58 - 20 Fevral 2026

\"Turan Tovuz\" \"Zirə\"yə qalib gəldi 

Misli Premyer Liqasında XXI tura "Turan Tovuz" - "Zirə" oyunu ilə start verilib.


Manset.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan oyunda qərb təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

Qolları Filip Ozobiç (11) və Xorxe Silva (19) vurublar.

"Turan Tovuz" 37 xalla turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Zirə" isə 35 xalla dördüncü sıraya geriləyib.

Qeyd edək ki, XXI tura fevralın 22-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az