ABŞ Prezidenti Donald Tramp müvafiq dövlət qurumlarına yadplanetlilər, dünya xarici həyat və UFO-lara dair sənədlərin müəyyən edilməsi və ictimaiyyətə açıqlanması prosesi üçün göstəriş verəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda, illərdir maraqla izlənilən dünya xarici həyata dair göstərilən böyük diqqəti vurğulayıb və Müdafiə Nazirinə və digər müvafiq qurumların nümayəndələrinə əllərindəki məlumatları üzə çıxarmaq üçün rəsmi göstəriş verəcəyini bildirib.
Tramp, "Göstərilən böyük marağa əsaslanaraq, Müdafiə Nazirinə və digər müvafiq nazirliklər və qurumlara; yadplanetlilər, dünya xarici həyat, tanımlanmayan hava hadisələri (UAP) və tanımlanmayan uçan obyektlərlə (UFO) bağlı hökumət sənədlərinin müəyyən edilməsi və yayımlanması prosesini başlatmaları üçün göstəriş verəcəyəm" - ifadələrini istifadə edib.