Yaponiyanın Yamaguchi əyalətində məbəddə yanğın baş verib
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğında 5 nəfərin həyatını itirdiyi bildirilir.
Hadisə Yaponiyanın qərbindəki Yamaguchi əyalətinin Shimonoseki şəhərinin Toyoura-cho bölgəsində iki mərtəbəli və taxta Budist məbədində baş verib.
Yanğın nəticəsində həyatını itirənlərin 2-sinin uşaq olduğu qeyd olunub.
Yanğınsöndürənlərin yanğını 3 saat ərzində söndürdüyü, məbədin ərazisindəki ümumilikdə 730 kvadratmetrlik əsas salon, yaşayış binası və anbardakı ziyan vurulduğu bildirilib. Yanğının səbəbi ilə bağlı araşdırma başlanılıb.