“Kontakt” mağazalar şəbəkəsindən
yenilik! İndi kuryer gözləmədən və mağazaya getmədən kontakt.az saytından
etdiyiniz sifarişləri evinizin, iş yerinizin düz yanından, bir sözlə, sizə ən
yaxın istənilən “Kargomat” məntəqəsindən götürə bilərsiniz.
Yeni “Kargomat” xidməti ölçüsü 45×45 sm-dək
olan istənilən sifarişin Bakı, Xırdalan və Sumqayıt üzrə 200-ə yaxın məntəqədə əlçatan
olmasını təmin edir. Bu yanaşma müasir şəhər həyatının tempinə uyğun sürətli və
çevik alış-veriş modeli yaradır.
Bəs “Kargomat” necə işləyir?
·
kontakt.az
saytına daxil olub arzuladığınız məhsulu səbətə əlavə edirsiniz
·
(sifarişin ümumi həcmi
45×45 sm-dən çox olmamalıdır);
·
səbətdə şəxsi məlumatlarınızı
daxil edib çatdırılma üsulu olaraq “Kargomat” seçimini edirsiniz;
·
ödənişi onlayn edib
sifarişi tamamlayırsınız;
·
saat 16:00-dək
rəsmiləşdirilən sifarişlər növbəti gün, saat 16:00-dan sonra
tamamlanan sifarişlər isə iki gün ərzində seçdiyiniz Kargomat məntəqəsinə
çatdırılır;
·
məhsul Kargomata yerləşdirildikdən
sonra sizə SMS bildirişi göndərilir və sifarişi götürmək üçün 24
saatlıq vaxt təqdim olunur.
Üstəlik, 50 AZN-dən yuxarı sifarişlər üçün
çatdırılma tamamilə ödənişsizdir.
Rahatlıq, sürət və texnologiyanı bir araya
gətirən “Kontakt” və “Kargomat” müasir alış-verişin artıq təkcə məhsul seçimi
deyil, həm də təcrübə məsələsi olduğunu vurğulayır. Hazırda bu innovativ layihənin
coğrafiyasının genişləndirilməsi üzrə hazırlıqlar davam edir. Bu ilin sonuna qədər
Kargomat xidmətinin ölkənin bütün regionlarında əlçatan olması planlaşdırılır.