10 kiloqrama yaxın narkotik vasitə aşkarlandı - VİDEO

13:15 - 25 Fevral 2026

10 kiloqrama yaxın narkotik vasitə aşkarlandı - VİDEO

Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.


Manset.az xəbər verir ki, tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Arzuman Əhmədov saxlanılıb. Onun üzərindən ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.

Araşdırmalarla müəyyən olunub ki, A.Əhmədov istintaqla şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlarda gizlətməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az