1/8 finala yüksələn 4 komanda müəyyənləşdi

01:57 - 25 Fevral 2026

1/8 finala yüksələn 4 komanda müəyyənləşdi

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.


Manset.az xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Səfərdə "Nyukasl"ın (İngiltərə) qonağı olan Azərbaycan çempionu "Qarabağ" mübarizəni dayandırıb.

"Atletiko" Madriddə "Brügge"ni qəbul edib və rəqibinə qalib gələrək növbəti raunda adlayıb.

İlk matçda evdə İtaliya nəhəngi "İnter"i üstələyən Norveçin "Budyo Qlimt" komandası, səfərdə də qalib gəlməklə birinci görüşdə qazandığı nəticənin təsadüfi olmadığını sübut edib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

24 fevral

"Atletiko" (İspaniya) - "Brügge" (Belçika) 4:1

İlk oyun - 3:3

"Bayer 04" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) 0:0

İlk oyun - 2:0

"İnter" (İtaliya) - "Budyo Qlimt" (Norveç) 1:2

İlk oyun -1:3

"Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 6:1

Qeyd edək ki, pley-off mərhələsinin digər görüşləri sabah baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az