13 yaşlı Elton ağır xəstəliklə mübarizə aparır.
Manset.az xəbər verir ki, valideynləri əvvəlcə onun səhhətində yaranan problemləri adi qrip əlamətləri kimi qiymətləndirərək xəstəxanaya müraciət ediblər. Lakin aparılan müayinələr zamanı uşağa qan xərçəngi diaqnozu qoyulub.
Hazırda Eltonun həyatını xilas etmək üçün Türkiyədə təcili əməliyyata ehtiyac var. Müalicə və əməliyyat xərcləri üçün ümumilikdə 80 min dollar tələb olunur.
Ailənin maddi imkanları bu məbləği qarşılamağa kifayət etmədiyindən, onlar ictimaiyyətə müraciət edərək xeyirxah insanlardan dəstək istəyirlər. Eltonun sağalması üçün vaxtında əməliyyat olunması həyati əhəmiyyət daşıyır.
Bank kartı: 4169 7388 2973 4619