Yeni bir elmi araşdırma şəkərli içkilərin istehlakının azaldılmasının xüsusilə yeniyetmələrin əhval-ruhiyyə sağlamlığına müsbət təsir göstərə biləcəyini ortaya çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, elmi araşdırmaya əsasən, qazlı içkilər, şəkərli meyvə şirələri və enerji içkilərini tez-tez istehlak edən yeniyetmələrdə narahatlıq (anksiyete) əlamətləri daha çox müşahidə olunur. Mütəxəssislər yeniyetməlik dövründə əhval-ruhiyyə problemlərinin getdikcə artdığını vurğularkən qidalanma vərdişlərinin də bu vəziyyəti təsir edə biləcəyini bildirirlər.
2000–2025-ci illər arasında dərc olunan tədqiqatların incələndiyi araşdırmada araşdırılan doqquz tədqiqatın yeddisində şəkərli içki istehlakı ilə narahatlıq səviyyəsi arasında əhəmiyyətli bir əlaqə tapılıb. Məlumata görə, yüksək miqdarda şəkərli içki istehlak edən gənclərin narahatlıq pozğunluğu diaqnozu alma ehtimalı 34% daha yüksəkdir. Lakin tədqiqatçılar nəticələrin birbaşa səbəb-nəticə əlaqəsi göstərmədiyini və narahatlıq yaşayan gənclərin daha çox şəkərli içkilərə yönəlməsinin də mümkün olduğunu vurğulayırlar.