İnnovasiya
lideri Bakcell müştəri xidmətlərində proseslərin daha sürətli və təhlükəsiz şəkildə
həyata keçirilməsi məqsədilə “SİMA” texnologiyası əsasında biometrik
verifikasiya həllini tətbiq edib.
Yeniliyə
əsasən, rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin
addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar
zamanı müştərilərin identifikasiyası “SİMA” tərəfindən təqdim edilən üz tanıma
texnologiyası əsasında icra olunur.
“SİMA”
üzərindən tətbiq edilən biometrik verifikasiya təhlükəsizlik səviyyəsinin daha
da gücləndirilməsinə xidmət edir və proseslərin icrasını sadələşdirir. Eyni
zamanda, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddəti əhəmiyyətli dərəcədə
qısalır və müştəri təcrübəsi optimallaşdırılır.
Bakcell
müştəri xidmətlərində rəqəmsal həllərin tətbiqini mərhələli şəkildə genişləndirməyi
planlaşdırır.
Bakcell
haqqında
Bakcell
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
Bakcell
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.