Azərbaycan vasitəsilə İrandan 370 nəfər təxliyə olundu - FOTOLAR

18:41 - 02 Mart 2026

Azərbaycan vasitəsilə İrandan 370 nəfər təxliyə olundu - FOTOLAR

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 370 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.


Manset.az xəbər verir ki, fevralın 28-dən martın 2-si səhər saat 14:00-a qədər sərhədi 131 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 81, Rusiyanın 47, Pakistanın 32, Səudiyyə Ərəbistanının 18, Tacikistanın 30, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az