Son 2 saatda İrandan Azərbaycana təxliyə edilənlərin SAYI - YENİLƏNİB

00:24 - 03 Mart 2026

Son 2 saatda İrandan Azərbaycana təxliyə edilənlərin SAYI - YENİLƏNİB

Martın 2-si saat 21:00-dan 3 mart 00:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 50 nəfər təxliyə olunub.


Manset.az Report-a istinadən xəbər verir ki, onlardan 7-si Azərbaycan, 10-u Tacikistan, 11-i Rusiya, 17-si Çin, 5 nəfəri isə Serbiyanın Irandakı diplomatik korpusunun nümayəndələridir.

Son 3 saat ərzində təxliyə olunanlardan 5-i azyaşlıdır.

***

2 mart, 21:22

Martın 2-si saat 19:00-dan 21:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 10 nəfər təxliyə olunub.


Manset.az xəbər verir ki, təxliyə olunanlardan üçü Azərbaycan, yeddisi isə Rusiya vətəndaşıdır.

Məlumata görə, onlardan ikisi azyaşlıdır.

***

19:25

Martın 2-si saat 17:00-dan 19:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 100-də çox xarici ölkə vətəndaşı təxliyə olunub.


Manset.az xəbər verir ki, bunlar Rusiya, Çin və Pakistan vətəndaşlarıdır.

Təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir. Son olaraq 70-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan keçməklə ölkələrinə yola salınıb.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən fevralın 28-dən martın 2-si saat 14:00-a qədər İrandan ümumilikdə 370 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az