Birbank-ın 17 noyabr 2025-ci il – 31 yanvar 2026-cı il tarixləri arasında keçirilən Yeni il lotereyası yekunlaşıb. Qaliblər 23 fevral 2026-cı il tarixində baş tutan tirajda bəlli olub. 3 000 000-a yaxın Birbanklının şansını sınadığı lotereyada 10 000 nəfər təsadüfi seçim əsasında qalib adını qazanıb.
Lotereyada 9 900 nəfər müxtəlif (10, 25, 50, 150, 250) Bir
bonusu qazandığı halda, 9 nəfər “iPhone 17 Pro” markalı mobil telefona sahib
olub. 20 qalibə “Apple Watch SE2”, 30 qalibə 500 manat dəyərində səyahət paketi
hədiyyə olunub. 40 nəfər isə “AirPods 4” qulaqlığını qazanıb. Lotereyanın
superprizi olan Sea Breeze-də “Park Lane” yaşayış kompleksində yerləşən mənzil
isə 1 nəfər şanslı Birbanklının payına düşüb.
Lotereya qaliblərinin siyahısı
Qeyd edək ki, lotereyada iştirak qeydiyyatsız həyata
keçirilib. Belə ki, Birbank debet, Birbank
taksit və Birbank Star kartları ilə ödəniş edən hər kəs lotereyada avtomatik
iştirak etmək şansı qazanıb.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək
ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün birbank.az
saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz.