8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Birbank Biznes-in
təşəbbüsü ilə həyata keçirilən “Hər işdə birinci qadınlar” yarmarkası başa
çatıb. Artıq ənənə halını alan yarmarka PASHA Malls-un dəstəyi ilə Crescent
Mall-da baş tutub. Ümumilikdə 50 sahibkar qadının iştirak etdiyi tədbir
ziyarətçilər tərəfindən də maraqla qarşılanıb.
Yarmarka çərçivəsində unikal əl işləri, kreativ hədiyyələr
və müxtəlif məhsullar layihəyə özəl endirimli qiymətlərlə satışa çıxarılıb.
Tədbir qadın sahibkarlar üçün satış imkanlarının genişləndirilməsi, yeni
müştərilərlə tanışlıq və potensial tərəfdaşlıqların qurulması baxımından
effektiv platforma rolunu oynayıb.
Layihənin davamı olaraq qadın sahibkarlar üçün xüsusi
kampaniyaya da start verilib. Belə ki, xanımların biznesinə dəstək məqsədi ilə
təqdim olunan “She’s Next” kartı 15 mart 2026-cı il tarixinədək xanımlara
ödənişzsiz olaraq hədiyyə edilir. Kart sahibinə manat, dollar və avro
valyutalarında istifadə imkanı ilə yanaşı, müxtəlif bonuslar və əlavə
imtiyazlar da təklif edir. “She’s Next” biznes kartını əldə etmək istəyənlər Birbank Biznes-in rəsmi
internet saytı və ya mobil tətbiqi vasitəsilə onlayn müraciət edə bilərlər.
Həmçinin, 16 mart tarixinədək xanımların
Birbank Biznes mobil tətbiqindən onlayn rəsmiləşdirdikləri kreditlərə heç bir
komissiya tətbiq edilmir.
Birbank Biznes bu təşəbbüslərlə qadın sahibkarların
fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün
yeni imkanlar yaratmağı hədəfləyir.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital
Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin
inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim
edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt
canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək
imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına
keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.