Tamstore Marketlər Şəbəkəsi mart ayında bayramlara özəl olaraq 3500-dən çox məhsulda xüsusi endirimlərə start verdi. 5–24 mart tarixlərini əhatə edəcək “Bayram gəlir, yaz gəlir, Tamla endirim gəlir” kampaniyası çərçivəsində bayram süfrəsi üçün lazım olan qida məhsulları və “Bahar Təmizliyi” üçün qeyri-qida məhsulları böyük endirimlərlə təqdim edilir.
Məqsəd yalnız qiymət üstünlüyü deyil, çərşənbə axşamlarından Novruz
bayramına qədər bütün hazırlıqları daha rahat, daha sərfəli və daha zövqlü etməkdir.
Bundan əlavə, 16–22 mart
tarixlərində “Şirniyyat Festivalı” çərçivəsində ədədli şirniyyatlar və çəkili
konfetlər endirimlərlə alıcılara təqdim ediləcək. 17–22 mart tarixlərində isə
“Bayram Şirniyyatları Festivalı” keçiriləcək. Festival zamanı şəkərbura, qoğal,
paxlava və digər ənənəvi ləzzətlər xüsusi təkliflərlə satışda olacaq.
Məlumat üçün bildirək ki,
paralel olaraq mart ayı endirim jurnalında “Bahar təmizliyi” istiqaməti üzrə təmizlik
və gigiyenik vasitələr böyük endirimlərlə təqdim edilir. Bununla da bayram öncəsi
evlərin təmizlənməsi və yenilənməsi üçün zəruri məhsullar sərfəli qiymətlərlə
alıcılara çatdırılır.
TAMSTORE mart ayı boyunca
bayram süfrəsi, şirniyyat seçimi və bahar təmizliyi üçün kompleks alış-veriş
imkanını bir məkanda təqdim edərək müştərilərinə həm qənaət, həm də rahatlıq təklif
edir.