Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildi

18:31 - 04 Mart 2026

Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib.


Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqro Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir.

R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az