İrandan bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, onlardan 20-si İspaniya (ailə üzvləri ilə birlikdə), 2-si Braziliya, 2-si Xorvatiya, 2-si isə Çexiya diplomatlarıdır.
Eyni zamanda, 2 Tacikistan, 2 Pakistan, 2 İran vətəndaşı Azərbaycana təxliyə edilib.
***
18:27
İrandan Azərbaycana martın 4-də saat 16:00-dan 18:00-dək daha 12 nəfər təxliyə olunub.
Manset.az Report-a istinadən xəbər verir ki, 3-ü Azərbaycan, 3-ü Pakistan, 1-i iranəsilli İngiltərə vətəndaşı, 1-i Qazaxıstan, eləcə də 2 İsveç və 2 Çexiya səfirliyinin nümayəndəsi Astara Dövlət Sərhəd buraxılış məntəqəsindən təxliyə olunub.
***
16:24
İrandan martın 4-də saat 14:00-16:00 aralığında daha 46 nəfər Azərbaycana təxliyə edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 6-sı Azərbaycan, 35-i Çin, 4-ü Tacikistan və 1-i isə Ukrayna vətəndaşıdır.
***
15:43
İrandan martın 4-də Çinin daha 35 vətəndaşının Azərbaycana təxliyəsi baş tutub.
Manset.az Report-a istinadən xəbər verir ki, onların Azərbaycana keçidi "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən həyata keçirilib.
***
14:18
İrandan martın 4-də saat 12:00-14:00 aralığında daha 20 nəfər Azərbaycana təxliyə edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 6-sı Azərbaycan, digərləri isə Çin, Pakistan, Rusiya və Kuba vətəndaşlarıdır.
Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 14:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1202 nəfərə çatıb.
***
12:36
İrandan martın 4-də saat 10:00-12:00 aralığında daha 21 nəfər Azərbaycana təxliyə edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 5-i Azərbaycan, digərləri isə Çin, Pakistan, Fransa və Tacikistan vətəndaşlarıdır.
Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 12:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1182 nəfərə çatıb.