İran PUA-sının Naxçıvanda məktəbi vurma anı - VİDEO 

13:43 - 05 Mart 2026

İran PUA-sının Naxçıvanda məktəbi vurma anı - VİDEO 

Xəbər verdiyimiz kimi, martın 5-də İrandan Naxçıvana dron hücumu olub.

Manset.az xəbər verir ki, İrandan uçan dronlardan biri aeroportun ərazisinə, digəri isə Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda PUA-nın qalıqları məktəbin yaxınlığından götürülür.

Qeyd edək ki, hücum nəticəsində iki mülki şəxs xəsarət alıb. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az