İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forum keçirilib.
Rəqəmsallaşma ilə yanaşı, ağıllı qərar qəbuletmə mexanizmini təmin edən,
məlumatlara söykənən və davamlı tərəqqini stimullaşdıran rəqəmsal ekosistemin
qurulması istiqamətində həyata keçiriləcək layihələrin müzakirə olunduğu
forumda vergi rekordçuları da elan olunub. Nəticədə ölkənin birinci bankı
Kapital Bank Dövlət Vergi Xidməti tərəfindən növbəti dəfə “Qeyri-neft sektoru
üzrə vergi rekordçusu” elan olunub. Bu nailiyyət bankın regionda maliyyə
şəffaflığı, hesabatlılıq və dayanıqlı iqtisadi inkişafın əsas simalarından biri
kimi mövqeyini daha da gücləndirib.
Qeyd edək ki, bu mükafat
Azərbaycanın şəffaf və data-əsaslı rəqəmsal iqtisadiyyata doğru strateji keçidi
ilə tam üst-üstə düşür. Dövlət Vergi Xidmətinin süni intellektə və proaktiv
analitikaya əsaslanan idarəetmə modelinə keçid vizyonu, bankın maliyyə xidmətlərinə
innovativ və texnologiya yönümlü yanaşmasını tamamlayır.
Bir ekosisteminin və Kapital
Bank-ın Baş İcraçı Direktoru Fərid Hüseynov bankın ikinci dəfə bu mükafata
layiq görülməsini şəffaflıq və korporativ məsuliyyət prinsiplərinin ən güclü
göstəricisi adlandırıb. “Azərbaycan rəqəmsal və data-əsaslı iqtisadiyyata
keçidin sürətləndiyi bir dövrdə Kapital Bank olaraq bu transformasiyanın ön
sıralarında olmaqdan qürur duyuruq”.
Qeyd edək ki, ölkənin aparıcı maliyyə institutlarından biri olan Kapital
Bank uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və
sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata
keçirir.
Ölkənin birinci bankı Kapital
Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115
filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və
xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və
ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə
bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.