Martın 6-da Azərbaycan Dillər
Universitetində (ADU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə
bayram tədbiri keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə ADU rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
ADU-nun rektoru, akademik Kamal Abdulla xanımları bayram münasibətilə təbrik edib, onlara uzun ömür və cansağlığı arzulayıb. Daha sonra istedadlı xanəndə, sevilən ifaçı Gülay Zeynallı səhnəyə çıxıb.
Sevilən ifaçı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun bütün xanım əməkdaşlarını və tələbələri təbrik edib, sevgi və sağlıq dolu ömür arzu edib.
Tədbir konsert proqramı ilə davam edib. Gənc xanəndə Gülay Zeynallının və musiqiçilərin ifasında xalq və estrada
mahnıları təqdim olunub.