İrana giriş-çıxışı dayandırılan yük avtomobillərinin buraxılışına başlanıldı

18:19 - 06 Mart 2026

İrana giriş-çıxışı dayandırılan yük avtomobillərinin buraxılışına başlanıldı

Məlumat verildiyi kimi, Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.


Manset.az xəbər verir ki, bu barədə  Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar hazırda İrandan Azərbaycana qayıdan Azərbaycana məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İrana məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.   


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az